Əfqanıstanda 36 dinc sakin qətlə yetirilib

Əfqanıstanda 36 dinc sakin qətlə yetirilib
22:05 26 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Qor əyalətində naməlum silahlılar 36 dinc sakini qətlə yetirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyinə əyalətin qubernatoru Məhəməməd Nəsir Həzah bildirib.

Onun sözlərinə görə, silahlılar təhlükəsizlik qüvvələri ilə toqquşmadan sonra geri çəkilərək 36 dinc sakini girov götürüb, sonra isə güllələyib. Hücumun İŞİD-ə yaxın qruplaşma tərəfindən törədildiyi ehtimal edilir.
 
BMT-nin məlumatına əsasən, bu ilin yanvar ayından oktyabradək Əfqanıstanda müxtəlif silahlı insidentlər zamanı 2 560 mülki şəxs öldürülüb, 5830-u yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR