"NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır"

"NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır"
22:32 26 Oktyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.
 
"Bu gün Kanada, Almaniya, Niderland, Polşa, Türkiyə və ABŞ Qara dənizdə NATO-nun iştirakını möhkəmləndirmək üçün Rumıniyaya  özlərinin quru, dəniz və hava qüvvələrini göndərməyə hazır olduqlarını bildiriblər", deyə Y.Stoltenberq bildirib.
 
Baş katib həmçinin deyib ki, Alyansın 2017-ci ilin əvvəlində Şərqi Avropada dörd batalyonun tərkibində 17 ölkə təmsil olunacaq: "Albaniya, İtaliya, Polşa, Sloveniya hərbçiləri Latviyada   Kanada kontingentinə, Danimarka və Fransa hərbçiləri Litvada Böyük Britaniya  kontingentinə və nəhayət Rumıniya və Böyük Britaniya hərbçiləri Polşada ABŞ hərbi kontingentinə qoşulacaq".
 
Qeyd edək ki, Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirləri Şurasının sammiti keçirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR