Gəncə sakini döyülüb

Gəncə sakini döyülüb
22:33 26 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1992-ci il təvəllüdlü İsmayıl İsmayılov başın sifətin və bədənin müxtəlif hissələrinin əzilmiş xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İ. İsmayılov şəhərdə ola çay evlərinin birinin qarşısında döyüldüyünü deyib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR