Metroda, avtobusda kimdənsə xoşunuz gəlir? - YENİ TANIŞLIQ PROQRAMI

Metroda, avtobusda kimdənsə xoşunuz gəlir? - YENİ TANIŞLIQ PROQRAMI
22:42 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Barselona"nın sabiq qapıçısı, hazırda "Midlsbro"nun qapısını qoruyan Viktor Valdes futboldan başqa, texnologiyayla da yaxından maraqlanır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bugünlərdə ispan qolkiper tanışlıq üçün mobil tətbiqin təqdimatında iştirak edib. Bu haqda futbolçu özü "Twitter"dəki bloqunda yazıb. Proqramın adı "Hola Dating"dir. Hələ ki, tətbiqin sınaq versiyası mövcuddur.

Valdes bu proqram haqda belə deyib: "Ola bilər ki, metroda, avtobusda, klubda və ya universitetdə kimdənsə xoşunuz gəlsin. Ancaq hər adamda dərhal yaxınlaşmaq və ya tanış olmaq cəsarəti yoxdur. Bu proqram məhz belələri üçündür".

Viktor 2000-2014-cü illərdə "Barselona"nın formasını geyinib. Burada 6 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi olub. 2015-ci ildə azad agent kimi "Mançester Yunayted"ə keçsə də, burada möhkəmlənə bilmədi. Vur-tut iki oyunda meydana çıxan Valdes 2016-cı ilin qışında Belçika "Standard"ına yollandı. Yayda isə "Midlsbro" onu heyətinə qatdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR