Yenilik: normal doğuşa görə mükafat veriləcək

Yenilik: normal doğuşa görə mükafat veriləcək
23:05 26 Oktyabr 2016
154 Maraqlı
Ölkə mətbuatı
A- A+

Normal doğuşun daha çox qeydə alındığı xəstəxanalara mükafat veriləcək.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyyinin İstanbul şöbəsinin müdiri Kamal Məmişoğlu açıqlama verib.

Normal doğuşun fizioloji, qeysəriyyənin cərrahi müdaxilə olduğunu vurğulayan K.Məmişoğlu bu barədə təbliğatın aparılmasının vacibliyindən danışıb.

"Biz qeysəriyyə əməliyyatlarının sayını 20 faizdən 15-ə endirməyi hədəfləyirik. İdeal variant 10 faiz səviyyəsinə endirə bilən xəstəxanalara xüsusi münasibət olacaq. Bu nisbəti əldə edən xəstəxanaları mükafatlandıracağıq. Ancaq heç kim cəzalandırılmayacaq", - deyə K.Məmişoğlu vurğulayıb.

O, ana ölümlərinin sayının azaldılması istiqamətində də iş apardıqlarını "Uşaq dostu, ana dostu xəstəxanalar şəhəri olmağı planlayırıq", - deyə əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/483243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR