İŞİD silahlıları Mosul yaxınlığında 232 dinc sakini edam edib

İŞİD silahlıları Mosul yaxınlığında 232 dinc sakini edam edib
23:05 26 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının silahlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən iki yaşayış məntəqəsində 232 dinc sakini edam edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraq parlamentinin deputatı Əbdül Rəhim əş-Şəmri bəyan edib.
 
"Terrorçuların Naynava əyalətində vəhşiliklər törətməkdə davam edirlər. Mosul yaxınlığında yerləşən iki kənddə İŞİD-çilər 232 dinc sakini edam ediblər", deyə deputat bildirib.
 
Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR