Daxili İşlər Nazirliyi işçi axtarır - maaş 770 manat

Daxili İşlər Nazirliyi işçi axtarır - maaş 770 manat
23:13 26 Oktyabr 2016
857 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi, Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti-Zəng Mərkəzində vakant olan psixoloq vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində psixoloq ixtisası almış (xarici dövlətlərin təhsil müəssisələrinin yalnız əyani şöbəsini bitirmiş və ixtisasları Azərbaycan Respublikasında tanınmış), ixtisas üzrə azı 2 il təcrübəyə malik, yaşı 25-dən aşağı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Müsabiqə qaliblərinə DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 770 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

İştirak etmək istəyən şəxslər 2016-cı ilin noyabr ayının 6-dək Daxili İşlər Nazirliyinin internet səhifəsində//mia.gov.az/?/az/content/183/ yerləşdirilmiş elanda ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi iləbki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/173662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR