Bakıda BMT Günü qeyd olunub

Bakıda BMT Günü qeyd olunub
23:17 26 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakıda BMT və BMT İşçisi günləri ilə əlaqədar rəsmi ziyafət təşkil edilib.
"Report"un məlumatına görə, tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai bildirib ki, onun təmsil etdiyi qurum ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur.
BMT-nin Azərbaycandakı Ofisinin 1992-ci ildə açıldığını xatırladan Q.İsaqzai deyib ki, təşkilat Azərbaycanda həyata keçirilən layihələrə, xüsusi ilə Milli Koordinasiya Şurasının yaradılmasına dəstək verməyə hazırdır. O, bildirib ki, bu Şura BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə yol açacaq.
Q.İsaqzai çıxışında, həmçinin Parisdə İqlim sazişinin imzalanmasından danışıb və onun əhəmiyyətini vurğulayıb. Rezident-əlaqələndiricisi bildirib ki, bu saziş noyabrın 4-də qüvvəyə minəcək və əlavə edib ki, onda olan məlumata əsasən, bu yaxınlarda Azərbaycan parlamenti də bu sazişi ratifikasiya etməlidir.
Q.İsaqzai eyni zamanda BMT-nin vacib bir mərhələyə qədəm qoyduğunu, Antonio Quttereşin bu yaxınlarda qurumun sayca 9-cu baş katibi olacağını qeyd edib.
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Q.İsaqzaini BMT Günü münasibətilə təbrik edib, quruma gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, rəhbərlik etdiyi qurumun BMT-yə daim dəstək verməyə hazır olduğunu deyib.
Tədbir Masallı rayonundan olan folklor rəqs və mahnı qruplarının çıxışları ilə davam etdirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/bakida-bmt-gunu-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR