Hollandiya millisinin eks futbolçusu karyerasını başa vurdu

Hollandiya millisinin eks futbolçusu karyerasını başa vurdu
23:57 26 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya millisinin eks futbolçusu Demi de Zeuv karyerasını başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sonuncu dəfə 2015-ci ilin mayında "NAC Breda"nın heyətində "Roda" klubuna qarşı oynayan yarımmüdafiəçi uzun zamandır işsiz idi. 33 yaşlı De Zeuvun MLS-ə gedəcəyi deyilsə də, bu baş tutmayıb.

"Artıq eks futbolçuyam. Qərarımı elan edirəm.Əvvəlki formada deyiləm. Karyeramın ən maraqlı anları? Uruqvaya qarşı 2010 mundialında keçirdiyim yarımfinal oyunu. Martin Kaseresin zərbə endirdiyi top üzümə dəysə də, sonda qalib gəlmişdik. "Ajax"la 30-cü Hollandiya çempionu da yaxşı xatirələrim sırasındadır" - De Zeuv qeyd edib.

Eks havbek karyerası ərzində "Go Ahead Eagles", "AZ Alkmaar", "Ajax", "Spartak" və "Anderlecht"in də şərəfini qoruyub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR