“Report”un iki yaşı tamam olur

“Report”un iki yaşı tamam olur
01:01 27 Oktyabr 2016
21 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 2 il ötür.

Axşam.az xəbər verir ki, “Report” İA ötən iki il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Bununla yanaşı, “Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiqləyib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən yüzlərlə informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayıb. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər nüfuzlu beynəlxalq KİV-lərin də diqqət mərkəzində olub.

Ötən 2 illik dövr ərzində ölkədə baş verən ən mühüm hadisələr agentliyin saytında geniş şəkildə işıqlandırılıb. Bu sırada tarixə “Aprel döyüşləri” kimi düşən, Azərbaycan hərbçilərinin qələbəsi ilə başa çatan “dördgünlük müharibə”ni, bu il iyunun 17-19-da Bakıda ilk dəfə keçirilən Formula 1 üzrə Avropa Qran Prisini, Fransada keçirilən futbol üzrə Avropa çempionatını, “Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarını, sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsini (referendum) və digər önəmli ictimai-siyasi və idman hadisələrini göstərmək olar.

Axşam.az saytının kollektivi həmkarlarını təbrik edir, onlara işlərində yeni uğurlar arzulayır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59967

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR