Azərbaycandan Rusiyaya aparılan 16 ton süd məhsulu saxlanılıb

Azərbaycandan Rusiyaya aparılan 16 ton süd məhsulu saxlanılıb
01:02 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) Moskva şəhəri, həmçinin Moskva və Tula vilayətləri üzrə idarələri Azərbaycandan paytaxt regionuna daxil olan 16,6 ton süd məhsulunun rəsmiləşdirilməsini dayandırıb.
"Report" xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb.
Hazır süd məhsullarından ibarət yük (Pendir, kəsmik, xama, kərə yağı, qatıq, ayran) müvafiq sənədləri olmadığı üçün saxlanılıb və saxlanma kamerasına yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycandan-rusiyaya-aparilan-16-ton-sud-mehsulu-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR