Bakıda 3 qaraj və 1 avtomobil yanıb

Bakıda 3 qaraj və 1 avtomobil yanıb
01:07 27 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 45 m² olan bir-birinə bitişik 3 ədəd qarajın yanar konstruksiyaları və içərisində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Digər bir bitişik qaraj yanğından mühafizə olunub. Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-3-qaraj-ve-1-avtomobil-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR