Ədəbiyyatşünas alimin əsərlərinin 5 cildliyinin də təqdimatı olub

Ədəbiyyatşünas alimin əsərlərinin 5 cildliyinin də təqdimatı olub
03:33 27 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Yaşar Qarayevin irsi: ədəbiyyatın tarixi və müasir problemləri” mövzusunda konfrans keçirilib.

İnstitututun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaşar Qarayevin anadan olmasının 80 illiyinə həsr edilmiş konfransda ədəbiyyatşünas alimin əsərlərinin 5 cildliyinin də təqdimatı olub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq görkəmli alimlərin yaradıcılığının, araşdırma ənənələrinin öyrənilməsini müasir elmin inkişafı üçün vacib amillərdən biri kimi dəyərləndirib. Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Yaşar Qarayevin anadan olmasının 80 illiyinə həsr edilmiş elmi sessiyanın da əsas məqsədini bu amillə bağlayaraq görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığına əvəzsiz xidmətlərindən danışıb. Konfransın AMEA-nın Rəyasət Heyətinin Yaşar Qarayevin 80 illiyinin qeyd edilməsi və əsərlərinin 5 cildliyinin nəşr olunması barədə qərarına əsasən həyata keçirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli görülmüş işləri yüksək qiymətləndirib. Yaşar Qarayevin əsərlərinin 5 cildliyini təqdim edən akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun hazırladığı digər bir kitabı – “Yaşar Qarayev: Yaxından və uzaqdan. Məqalələr və xatirələr toplusu” kitabı haqqında da bəhs edib.

Tədbirin sonunda akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə nəşr olunmuş kitablar - “Yaşar Qarayev. Seçilmiş əsərləri” adlı 5 cildlik və “Yaşar Qarayev: Yaxından və uzaqdan. Məqalələr və xatirələr toplusu” konfrans iştirakçılarına təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/173673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR