İngiltərə Liqa Kubokunun matçında kütləvi dava

İngiltərə Liqa Kubokunun matçında kütləvi dava
05:14 27 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərədə iki futbol klubunun azarkeşləri arasında dava düşüb.

 

APA-nın məlumatına görə, İngiltərə Liqa Kubokunun 4-cü mərhələsinin oyununda Londonun “Vest Hem” və “Çelsi” klubları qarşılaşıb. Qarşılaşma “Vest Hem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunun son dəqiqələrində iki klubun fanatları plastik oturacaqları sındıraraq, bir-birilərinə atıblar. Daha sonra dövrəyə butulkalar, dəmir pullar da girib. Vəziyyət stüardların nəzarətindən çıxıb və toqquşmalar baş verib.

 

Fanatları polis qüvvələrinin səyi nəticəsində sakitləşdirmək mümkün olub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR