Venesuelada toqquşmalar: ölən və yaralananlar var

Venesuelada toqquşmalar: ölən və yaralananlar var
05:49 27 Oktyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Venesuelanın Miranda ştatında polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 1 polis əməkdaşı ölüb, daha 2-si yaralanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın daxili işlər naziri Nestor Reverol bildirib.

 

Nazir həmçinin deyib ki, Suliya ştatında baş verən iğtişaşlar zamanı bir qrup etirazçıya atəş açan 3 polis əməkdaşı barəsində araşdırma aparılır.

 

Oktyabrın 26-da Venesuelanın bir sıra regionlarında həm  iqtidar, həm də müxalifət tərəfdarlarının nümayişləri keçirilib. “Foro Penal” qeyri-hökumət təşkilatının nümayəndəsi Alfredo Romeronun sözlərinə görə, müxalifətin aksiyalarında 20 etirazçı yaralanıb, azı 140 nəfər polis tərəfindən saxlanılıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR