Sobada kartof ruleti

Sobada kartof ruleti
07:05 27 Oktyabr 2016
231 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az sobada kartof ruletinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

500 q kartof
2 x.q. qarğıdalı nişastası
duz
150 q şampinyon 
1 baş soğan 
1 yerkökü
40 ml günəbaxan yağı
qara istiot 

Kartofu duzlu suda bişirin, suyunu bir qaba süzüb saxlayın. 

Kartofa nişasta əlavə edib əzin. Kartofun suyundan əlavə edib bərk xəmir halına gələnə qədər qarışdırın. 
  
Göbələyi fal-fal, soğanı kubik doğrayın. Yerkökünü sürtgəcin iri gözündən keçirin. 

Tavada yağı qızdırın. Əvvəlcə göbələyi qovurun, sonra yerkökünü əlavə edin, duz-istiot vurun, 3-5 dəqiqə qovurun. 

Qida plyonkasının üzərinə kartof püresini 2 sm qalınlıqda yayın. Üzərinə içi yayın. Plyonkanın köməyi ilə rulet kimi bükün. Ruleti perqament döşənmiş siniyə qoyun. 190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. 

Süfrəyə xama və ya hər hansı ədviyyatlı sousla verə bilərsiniz.

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/482374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR