“Prezident bütün gün “Twitter”də oturmamalıdır”

“Prezident bütün gün “Twitter”də oturmamalıdır”
08:05 27 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama prezidentliyə namizəd Donald Trampı tənqid edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, B. Obama Kaliforniyada keçirilən seçkiqabağı mitinqdə D. Trampı sosial mediada çox vaxt keçirməkdə qınayıb. "Bizə bütün vaxtını "tvit"lərə sərf edən prezident lazım deyil", - deyə dövlət başçısı söyləyib.
 
Hazırda D. Trampın "Twitter"də 12,7 milyon izləyicisi var və o, indiyədək 34 min "tvit" yazıb. Respublikaçı namizəd rəqibləri ilə tez-tez "Twitter" vasitəsilə "atışır" və öz auditoriyasını bu yolla səfərbər edir. B. Obama bildirib ki, Trampın çatışmazlıqlarından danışmağa ehtiyac yoxdur, çünki o özü bunu nümayiş etdirir: "Mən bu adamın bu vəzifəyə niyə uyğun olmadığı haqda geniş danışmayacağam, çünki o özü danışanda siz daha çox sübut əldə edirsiniz ki, niyə o, Birləşmiş Ştatların prezidenti olmağa yaramır".
 
B. Obama prezidentliyə namizəd olmuş digər respublikaçı rəqiblərinə isə hörmət etdiyini vurğulayıb: "Mən hər zaman hesab etmişəm ki, Con Makkeyn və Mitt Romni hörmətə layiq insanlardır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR