İngiltərədə azarkeşlər arasında toqquşma olub

İngiltərədə azarkeşlər arasında toqquşma olub
08:05 27 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərədə iki futbol klubunun azarkeşləri arasında dava düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İngiltərə Liqa Kubokunun 4-cü mərhələsinin oyununda Londonun "Vest Hem" və "Çelsi" klubları qarşılaşıb. Qarşılaşma "Vest Hem"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Oyunun son dəqiqələrində iki klubun fanatları plastik oturacaqları sındıraraq, bir-birilərinə atıblar. Daha sonra dövrəyə butulkalar, dəmir pullar da girib. Vəziyyət stüardların nəzarətindən çıxıb və toqquşmalar baş verib.
 
Fanatları polis qüvvələrinin səyi nəticəsində sakitləşdirmək mümkün olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR