Niyə çətinliklərlə qarşılaşırıq? Çətinliklərin mənşəyi nədir?

Niyə çətinliklərlə qarşılaşırıq? Çətinliklərin mənşəyi nədir?
08:17 27 Oktyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsibət və çətinlik - elə kəlmələrdir ki, hər bir əsrin insanı onunla tanışdır. Cürətlə demək olar ki, tarixdə elə bir insan olmamışdır ki, ömrü boyu çətinliklər və ya müsibətlərlə üzləşməsin. Zaman dəyişdikcə ancaq çətinliklərin növü dəyişmişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər bir insan çətinliklə üzləşən zaman müxtəlif reaksiyalar verər. Bəziləri bir qədər çəitlniklə üzləşən kimi ümidsiz olar və meydanı tərk edərlər. Ancaq bəziləri isə bu çətinliklərin mənşəyini tanıyıb onu aradan qaldırmağa çalışarlar.
Quran buyurur ki, əgər insan çətinliklərinin mənşəyini tanısa, onu aradan qaldıra bilər. "Sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir". ("Nisa" 79). Bu ayədən göründüyü kimi, bir çox müşkillərin mənşəyi insanın özüdür. Ona yetişən hər bir müsibət onun özünə görədir. Bəzən insan istər-istəməz bir işdə səhlənkarlıq edər. Ya da düşünmədən özünün və başqlarının taleyini dəyişər. Təbiidir ki, bu zaman özündən başqasını məzəmmət etməməlidir. Yaxşı olar ki, bu çətinlikləri aradan qaldırmaqla yanaşı, Allahdan daha çox tofiqat istəyək. Bəzən də bir çox müşkillərin mənşəyi günahlarımız olur ki, ondan hansısa başqa bir pis əməl meydana gələr.
İmam Əli (ə) Kumeylə öyrətdiyi duada buyurur: "Ey Məbud! Bağışla o günahları ki, bəla və müşkillərin nazil olmasına səbəb olar".
Bəndənin əgər işlətdiyi günah Allahın haqqına aiddirsə, istiğfar edib, tövbə etməlidir, əgər insanların haqqına aiddirsə, haqqun-nası verib tövbə etməlidir.
İmam Səccad (ə) buyurur: "Bəlanı nazil edən günahlar: çətinlikdə olan şəxsə kömək etməmək, məzlum şəxsə kömək etməmək, əmr-be-məruf və nəhy-əz-munkəri tərk etmək".
Allah Təala Qurani-Kərimdə buyurur ki, əgər insanlar müsibətlə qarşılaşmasalar, öz nalayiq rəftarlarına və əməllərinə davam edərlər. Ancaq o zaman ki, müsibət gələr, bu nalayiq rəftarı unudub Allaha üz çevirərlər. Ondan istəyərlər ki, nicat versin və onu ən yaxşı bəndələrinin sırasına daxil etsin. Ancaq müsibət aradan gedəndən sonra yenə də öz nalayiq əməllərinə qayıdarlar. "Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə çox nankordur". ("İsra" 67).
Bəzən də müsibət gələr və bəndə bilər ki, onun heç bir günahı olmamışdır, bu, İlahi imtahandır. Bu müsibət onu Allaha yaxınlaşdıra bilər. "Yoxsa siz (möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər "Allahın köməyi və yardımı nə vaxt yetişəcək?" deyirdilər. (Dedik:) "Bilin, Allahın köməyi həqiqətən yaxındır"". ("Bəqərə" 214).
İmam Sadiq (ə) buyurur: "40 gecə keçməz ki, möminin başına bir hadisə gələr və onu qəmgin edər. Onun vasitəsilə (Pərvərdigarını) yada salar".
Bu cür çətinliklər mömin üçün xeyir və bərəkətdir. Bəndə ona düçar olan zaman şükür edər. Ona görə də din alimləri buyurur ki, əgər uzun müddət çətinliyə düşmürsünüzsə, Allaha yalvarın və niganaçılığınızı bildirin. Məbada Allah Təala bizi özbaşına buraxsın.
Allah Təala imtahanlarımızı asan etsin, inşəallah.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR