Fransada minlərlə polis əməkdaşı etiraz edir

Fransada minlərlə polis əməkdaşı etiraz edir
08:22 27 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada iş şəraitinə etiraz edən minlərlə polis ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, paytaxt Parisdə 900 polis parlament binasının qarşısına toplaşıb. Mülki geyimdə olan polis işçiləri iş şəraitinin düzəldilməsi tələbi ilə şüarlar səsləndirib.
 
Polis əməkdaşları Parislə yanaşı, Strasburq, Nitsa, Marsel, Monpelye, Lion və digər şəhərlərdə də meydanlara çıxıblar.
 
Fransa prezidenti Fransua Olland axşam saatlarında polis həmkarlar təşkilatlarının nümayəndələrini Yelisey sarayında qəbul edib və şikayətlərini dinləyib. Prezident problemlərin həlli barədə göstəriş verəcəyini bildirib.
 
BFM televiziya kanalının keçirdiyi rəy sorğusunun nəticələrinə görə, respondentlərin 88 faizi polislərin aksiyasına dəstək verib.
 
İş şəraiti ilə yanaşı, son vaxtlar polis əməkdaşlarına hücumlar da etirazlara səbəb olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR