Venesuelada etirazlar: ölən və yaralananlar var

Venesuelada etirazlar: ölən və yaralananlar var
08:32 27 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Venesuelanın Miranda ştatında polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 1 polis əməkdaşı ölüb, daha 2-si yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər naziri Nestor Reverol bildirib.
 
Nazir həmçinin deyib ki, Suliya ştatında baş verən iğtişaşlar zamanı bir qrup etirazçıya atəş açan 3 polis əməkdaşı barəsində araşdırma aparılır.
 
Oktyabrın 26-da Venesuelanın bir sıra regionlarında həm  iqtidar, həm də müxalifət tərəfdarlarının nümayişləri keçirilib. "Foro Penal" qeyri-hökumət təşkilatının nümayəndəsi Alfredo Romeronun sözlərinə görə, müxalifətçilərin aksiyalarında 20 etirazçı yaralanıb, azı 140 nəfər polis tərəfindən saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR