Yaponiya şahzadəsi vəfat etdi - FOTO

Yaponiya şahzadəsi vəfat etdi - FOTO
09:03 27 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya imperatoru Akihitonun əmisi, şahzadə Mikasa 101 yaşında vəfat etdi.

APA-nın "Kiodo" agentliyinə istinadən verdiyi xəbərə görə, iyunun sonunda ürəyindən əməliyyat olunan şahzadə ictimaiyyət qarşısına son dəfə yeni il bayramında çıxmışdı.

Şərq tarixi üzrə mütəxəssis kimi tanınan şahzadə Mikasa Yaponiya Yaxın Şərq Mədəniyyəti Mərkəzinin və "Yaponiya-Türkiyə" Cəmiyyətinin fəxri prezidenti olub.

Yaponiyanın baş naziri Sindzo Abe şahzadənin ölümü ilə əlaqədar imperator ailəsinə başsağlığı verib.

Sosial səhifələrdə paylaş












Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR