İlk dəfə sürücüsüz yük maşını ilə pivə daşındı

İlk dəfə sürücüsüz yük maşını ilə pivə daşındı
09:05 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Anheuser-Busch" pivə şirkəti dünyada pilotsuz yük maşını vasitəsilə kommersiya məqsədilə pivənin lazımi ünvana daşındığını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, layihə avtomatik idarəetmə üzrə ixtisaslaşmış "Otto" şirkəti ilə birlikdə həyata keçirilib.
Pilotsuz yük avtomobili 120 mil (193 km-dən çox) məsafə qət edib və Kolorado ştatının Fort-Kollins şəhərindən Kolorado-Sprinqs şəhərinə 50 min ədəd "Budweiser" pivəsi daşıyıb. Daşınma zamanı sürücü yük maşınında olub və prosesi müşahidə edib.   
 
"Anheuser-Busch" yeni texnologiyalardan geniş istifadə etməyi planlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/483387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR