Almaniya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olan "Maynts" da növbəti matçını keçirib.
"Qırmızılar" "Qroyter Fürtz" ilə qarşılaşıblar. Görüş "Maynts"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bununla da "Qəbələ"nin rəqibi kubokda mübarizəni dayandırıb.
Almaniya Kuboku
1/16 final
"Qroyter Fürtz" - "Maynts" - 2:1
Qollar: Sararer, 70, Berişa, 90 - Kordoba, 68
Milli.Az