Düşmən bir neçə istiqamətdən mövqelərimizi atəşə tutdu

Düşmən bir neçə istiqamətdən mövqelərimizi atəşə tutdu
09:27 27 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Milli.Az nazirliyin saytına istinadən bildirir ki, Ermənistan Respublikası İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/483575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR