Məşhur qəzetin redaktoru istefa verdi

Məşhur qəzetin redaktoru istefa verdi
09:27 27 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın ən nüfuzlu qəzetlərindən olan "Vedomosti"nin baş redaktoru Tatyana Lısova gələn ilin mart ayında vəzifəsini tərk edəcək.

Milli.Az bildirir ki, T.Lısova qərarını "Vedomosti"nin sahibi olan "Business News Media" şirkətinin direktorlar şurasının iclasında açıqlayıb.

"Məktəbli uşaqlarım var və onlar həyatları boyu analarını səhər saatlarında, bir də bazar günü görürlər. Bu mənim üçün də, onlar üçün də pisdir. Uşaqlarıma daha çox vaxt ayırmalıyam. "Vedomosti" üçün yeni, yaxşı baş redaktor tapmaq üçün yetərincə vaxtımız var. Mən də yeni fəaliyyət sahəsi tapa bilərəm", - T.Lısova deyib.

Qəzetin sahibi Demyan Kudryavtsevin dediyinə görə, T.Lısova "Business News Media"nın direktorlar şurasının üzvlüyündə qalacaq.

T.Lısovanın vəzifəsini tərk etməsinin yeganə səbəbi "Rosneft" dövlət şirkətinin rəhbəri İqor Seçinin "Vedomosti"yə qarşı məhkəmə prosesində qalib gəlməsidir.

T.Lısova 2010-cu ilin martından "Vedomosti"nin baş redaktorudur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR