Erməni təxribatının qarşısı alındı, düşmən itki verərək geri çəkildi

Erməni təxribatının qarşısı alındı, düşmən itki verərək geri çəkildi
09:28 27 Oktyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR