FHN: Masallının Təklə kəndində 18 nəfər, Xırmandalı kəndində 30 nəfər təxliyyə olunub

FHN: Masallının Təklə kəndində 18 nəfər, Xırmandalı kəndində 30 nəfər təxliyyə olunub
09:52 27 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Masallı rayonunun Təklə kəndində 18 nəfər, Xırmandalı kəndində 30 nəfər təxliyyə olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən "Report"a  verilən məlumata görə, nazirliyin Cənub Regional Mərkəzi, Yanğın Mühafizə və Sularda Xilasetmə xidmətlərinin regional strukturlarının canlı qüvvə və texnikası cəlb olunmaqla Cəlilabad rayonunda su basmış həyət evlərində suçəkmə əməliyyatları aparılıb.
İki gecə nazirliyin bütün yerli strukturlarının əməkdaşları İcra Hakimiyyəti ilə billikdə bu istiqamətdə iş aparıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/fhn-masallinin-tekle-kendinde-18-nefer-xirmandali-kendinde-30-nefer-texliyye-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR