Zəlilərin təbiətdən toplanmasına icazə verilməyəcək

Zəlilərin təbiətdən toplanmasına icazə verilməyəcək
09:57 27 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

"Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu artıq vəhşi təbiətdən zəli ovlamaq istəyən iş adamlarının müraciətinə müsbət cavab verməyəcək, başqa sözlə, bu prosesə icazə verməyəcək".

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Zəlinin CİTEZ-in siyahısına salındığını deyən E.Yusifov bildirib ki, hazırda respublikada satılan zəlilərin hamısı təbiətdən toplanılır. İş adamları zəliləri daha çox Rusiyaya, Türkiyəyə, Avropa ölkələrinə satırlar.

İnstitut direktoru əlavə edib ki, zəliləri süni surətdə çoxaldaraq, istənilən qədər satmaq olar. Amma onun vəhşi təbiətdən ovlanaraq satılması düzgün deyil: "Mən həftədə 2 dəfə məktub alıram ki, hansısa iş adamı 20-30 min zəli toplamaq istəyir. Sahibkarlar onları süni şəraitdə çoxaltmağa tənbəllik edirlər, ona görə də gedib onu göllərdən yığır və xaricə aparıb satırlar".

E.Yusifov bildirib ki, əgər zəlilərin vəhşi təbiətdən ovlanması davam edərsə, Azərbaycanda 5 ildən sonra tibbi müalicə üçün zəli tapılmayacaq: "İnsanlar əvvəllər "Zoo" kombinatda süni surətdə artırılan zəlidən istifadə edirdilər. Amma sonradan həmin struktur dağıdıldı. Hazırda respublikada satılan zəlilərin hamısı təbiətdən yığılır. Bu isə təhlükəlidir. Çünki zəli, bilirsiniz ki, qan soran canlıdır. O, hansısa canlının qanını soraraq ondan infeksiyanı götürə bilər və bu da sonradan insana keçə bilər".

Sadalanan problemlə bağlı bu yaxınlarda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla da görüşdüyünü deyən E.Yusifov nazirin bu problemə çox həssas yanaşdığını söyləyib: "Artıq ETSN də bunun qarşısını alacaq. Qaydaya görə, zəlini xaricə apardıqda gömrük orqanlarında iş adamlarından ilk növbədə ETSN-in sənədlərini tələb edirlər. ETSN də zəlilərin mövcud sayı, kvotası ilə bağlı rəyin verilməsi üçün bizə müraciət edir. Biz isə yerdə vəziyyəti dəyərləndirib ona mütəxəssis rəyi veririk ki, həmin ərazidən nə qədər zəli götürmək olar. Ərazidən elə miqdarda zəli götürülməlidir ki, sistem özünü bərpa etsin və sonradan onun kökünün kəsilməsi riski yaranmasın. ETSN bizim rəyimiz əsasında öz qərarını açıqlayır. Biz də İnstitutun Elmi Şurasında bu məsələni qaldırdıq ki, zəlilərin təbiətdən ovlanmasına müsbət rəy, başqa sözlə icazə verməyəcəyik. Çünki zəlilərin sayı artıq kritik həddə çatır. Şuranın bu iclasından sonra nazirin qəbulunda oldum və o da bunu dəstəklədi. Nazir dedi ki, mən də tapşıraram, bu məsələ nəzarətdə olsun".

E.Yusifov qeyd edib ki, əgər institut rəy verməsə, zəlilərin vəhşi təbiətdən toplanması prosesi istər-istəməz dayandırılacaq: "Əlbəttə, qanuni yolla dayandırılacaq, amma qeyri-qanuni yolla dövriyyənin necə olacağını biz artıq bilmirik. Əsas odur ki, talançılığın müəyyən bir hissəsinin qarşısını alacağıq, zəlini təbiətdən götürüb aparıb satmaq elə də asan olmayacaq. Bu, həm də ona görə yaxşıdır ki, sahibkarları zəliləri süni şəkildə artırmağa sövq edəcəyik".

E.Yusifov artıq Zoologiya İnstitutunda laborator şəraitdə, Mingəçevirdəki təcrübə dayaq məntəqəsində isə açıq şəraitdə zəlilərin çoxaldılması üçün işlərə başladıqlarını söyləyib. Onun sözlərinə görə, hazırkı dövrdə zəlilərin çoxaldılması o qədər də asan deyil: "Çünki bu, artıq unudulmuş təcrübədir. Ancaq bu, inkişaf etsə, ölkəmiz üçün də gəlir əldə edilmə yerləri artar, çünki xarici ölkələr bizim zəliləri çox həvəslə alırlar".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

24 Sentyabr 2017 05:42

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33