Rafael Ağayev Sarkisyanın kürəyini yerə çırpdı - VİDEO

Rafael Ağayev Sarkisyanın kürəyini yerə çırpdı -   VİDEO
10:07 27 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

"Dünya karatesinin qara brilyantı" Rafael Ağayev Avstriyada karate üzrə keçirilən dünya çempionatının finalına çıxıb. 

Finala gedən yolda 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ermənistandan olan Seryoja Sarkisyanı 3:0 hesabı ilə məğlub edib. 

13 qat Avropa çempionumuz finalda Misir təmsilçisinə qalib gələrsə, 5-ci dünya çempionluğunu bayram edəcək.

Billdirək ki, 84 kq çəki dərəcəsində çıxış edən Ayxan Mamayev də finala vəsiqə qazanıb.

Qeyd edək ki, Oktyabrın 27-də çempionatda komanda yarışları keçiriləcək. Azərbaycan millisinin həm kişi, həm də qadın idmançıları komanda yarışlarında mübarizə aparacaqlar.

Dünya çempionatına oktyabrın 30-da yekun vurulacaq. (day.az)


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rafael-aayev-sarkisyann-kuryini-yer-crpd-t53670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR