"Anderlext" mövqeyini qorudu, "Slovan" qələbəyə həsrət qaldı

"Anderlext" mövqeyini qorudu, "Slovan" qələbəyə həsrət qaldı
10:12 27 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Çexiya çempionatının təxirə salınmış bir oyunu keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Slovan" "Karvina"nın qonağı olub.
 
Görüş qolsuz bərabərliklə yekunlaşıb.
 
Qeyd edək ki, bu nəticədən sonra 11 oyunda hesabında 13 xalı olan "Slovan" 10-cu pillədə qərarlaşıb.

Belçika çempionatında isə XII turun oyunları keçirilir.

UEFA Avropa Liqasında "Qəbələ"nin rəqiblərindən olan "Anderlext" "Mexelen"lə qarşılaşıb.

Görüş "bənövşəyilər"in qələbəsi ilə başa çatıb.

Brüssel təmsilçisi Teodorçuk və Tilemansın vurduğu qollarla 2:0 hesablı qalibiyyətə sevinib.

Qeyd edək ki, bu nəticədən sonra hesabında 24 xal olan "Anderlext" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR