Düşmən əsgəri cavab atəşi ilə öldürüldü

Düşmən əsgəri cavab atəşi ilə öldürüldü
10:12 27 Oktyabr 2016
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Qoşunların təmas xəttində erməni silahlı bölmələrinin təxribatının qarşısı alınarkən bir düşmən hərbçisi öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, oktyabrın 26-da 1996-cı il təvəllüdlü Qurqen Ayvazyan cavab atəşi ilə məhv edilib.
 
Azərbaycan Müdafiə Nazirliyi isə oktyabrın 26-da Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstərdiyi, düşmənin fəaliyyətinin əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulduğu, ölü və yaralı olaraq itki verən düşmənin geri çəkilməyə məcbur edildiyi barədə məlumat yayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR