Bağlanan bankların əmanətçilərinə 624 milyon manat kompensasiya verilib

Bağlanan bankların əmanətçilərinə 624 milyon manat kompensasiya verilib
10:14 27 Oktyabr 2016
12 Digər
Ölkə mətbuatı
A- A+

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 34 mln. 582 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 51 mln. 26 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 26 mln. 136 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 858 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 114 mln. 604 min manatdan artıq kompensasiya verilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 140 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 017 min manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 978 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 65 min manatdan artıq kompensasiya ödənilib.
 

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 348 mln. 48 min manat artıq kompensasiya ödənişi baş tutub.
 

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 623 mln. 736 min manatdan artıq kompensasiya ödənilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR