Yaponiya imperator ailəsinin ən yaşlı üzvü vəfat edib

Yaponiya imperator ailəsinin ən yaşlı üzvü vəfat edib
10:22 27 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/Yaponiya imperatoru Akihito Hirohitonun əmisi, Yaponiya imperator ailəsinin ən yaşlı üzvü şahzadə Mikasa bu gün 101 yaşında vəfat edib.
"Report" Yaponiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İmperator Sarayının aparatından məlumat veriblər.
Xatırladaq ki, şahzədə bu ilin may ayında kəskin ağ ciyər iltihabı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, iyun ayının sonunda isə ürəyindən əməliyyat olunmuşdu.
Qeyd edək ki, şahzədə Mikasa Yaponiyanın hazırkı imperatoru Akihito Hirohitonun atasının kiçik qardaşı və İmperator taxtına potensial namizədlər arasında beşinci şəxs idi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR