Masallıda 150 ev su altında

Masallıda 150 ev su altında
10:38 27 Oktyabr 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Son iki gündə yağan güclü yağışlar Masallı rayonunda ciddi fəsadlara səbəb olub.

Bu barədə Publika.az-a rayon içra başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı məlumat verib.

Onun sözlərinə görə, yağan yağışlar Ağdaş su anbarında suyun səviyyəsini artırıb, nəticədə çaylarda su yüksəlib, daşqına səbəb olub: “Xüsusən də rayonun Təklə, Xırmandalı kəndlərində 150-ə yaxın ev və həyət su altında qalıb. Xüsusən də, Xırmandalı kəndində 50-dən çox ailə təxliyə edilib. Rayon Fövqəladə Hallar Komissiyası iki gündür ərazidə iş aparır. Hazırda da həyətlərə, evlərə dolan suyun çəkilməsi istiqamətində işləyirik”.

N.Muxtarlının sözlərinə görə, yağış və sel elektrik, qaz verilişində problemə səbəb olmasa da, təsərrüfat sahələrə ciddi ziyan dəyib. Əkin sahələri də su altında qalıb.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR