Masallıda 100-dən çox ev su altında qaldı

Masallıda 100-dən çox ev su altında qaldı
10:42 27 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda yüzdən çox ev su altında qalıb.

Milli.Az bildirir ki, bu barədə azvision.az-a Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı deyib.

İcra rəsmisinin sözlərinə görə, hazırda dəyən ziyanın aradan qaldırılması üçün rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır: 

"Cəlilabad rayonunda yerləşən su anbarı həddindən çox yüklənmişdi. Nəticədə su anbarı daşıb və su Masallı rayonundakı kəndləri basıb. 50-dən çox insan təxliyə olunub. Fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR