Azərbaycanda ilk dəfə alternativ psixoloji üsulların təşviqi ilə bağlı layihə həyata keçirilib - FOTO

Azərbaycanda ilk dəfə alternativ psixoloji üsulların təşviqi ilə bağlı layihə həyata keçirilib - FOTO
10:52 27 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi" İctimai Birliyinin həyata keçirdiyi "XXI əsrdə uşaq və yeniyetmələrin sağlam ruhda böyüməsi üçün alternativ psixoloji üsulların təşviqi" layihəsi bu günlərdə sona çatmışdır.

Milli.Az bildirir ki, layihə çərçivəsində layihənin müəllifi və rəhbəri Əbülfəz Babazadə qeyd edir ki, alternativ psixologiyanın müəllifi tibb-biologiya elmləri doktoru, ümumi psixologiya və inteqrativ tibb üzrə professor, Alternativ Psixologiya Məktəbinin yaradıcısı Yaşar İbadovun baxışlarını və metodlarını əsas götürərək, Azərbaycanda ilk dəfə nəzəri olaraq valideyn hima­yə­sindən məhrum ol­muş, elə­cə də müxtəlif xəs­tə­lik­lər ucbatından sosi­al-mə­nə­vi problemlər yaşa­yan uşaq və yeniyet­mə­lərə alternativ psixoloji dəstə­yin verilməsinə cəhd göstərilmişdir.

Alternativ psixologiya - insana öz daxili imkanları hesabına ləyaqətli şəxsi­y­yət kimi yetişməyə, ətraf mühitlə harmo­nik yaşa­ma­ğa, xoşbəxt və sağlam olmağa yardım göstərən və bunun üçün münbit şərait yaradan bilik sahəsidir.

Son dövrdə cərəyan edən sosial-iqtisadi proseslər, uşaq və ye­ni­yetmələrin ya­şa­dıq­ları maddi sıxıntı, təhsil pro­sesində yaşa­dıq­ları əsə­­bi gərginlik, ailədaxili və s. pro­blemlər onlarda psixoloji gər­gin­lik yarat­mış, özlərinə olan inam aşağı səviyyəyə düşmüşdür. Həyata keçirilmiş "XXI əsrdə uşaq və yeniyetmələrin sağlam ruhda böyüməsi üçün alternativ psixoloji üsulların təşviqi" layihəsinin əsas məqsədi kimsəsiz və vali­deyn hi­ma­yəsindən məh­rum ol­muş, eləcə də müx­təlif xəs­tə­liklərdən əziy­yət çə­kən uşaq və yeni­yet­mələr üçün nəzərdə tutulan hüquqların təmin olun­ma­sı, onların cəmiy­yətə inteq­ra­siyası, təhsili, yaşayış ye­ri, iş və məşğulluğu, sağlamlığı və asudə vaxtın təşkili ilə bağlı problemlərin həllinə mənəvi hazırlıq və psixoloji sabitlik yolu ilə nail olmalarına köməyin göstərilməsidir.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində əlli könüllüyə təlim tipli seminarlar keçirilərək, onları layihə benefisiarları ilə ünsiyyəti necə qurmaları, onlarla necə davranmalı və lazımi təqdirdə necə kömək göstərmələri barədə məlumat verilmişdir. "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi" İctimai Birliyinin həyata keçirdiyi layihədə Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasında hemofiliya xəstəliyindən əziyyət çəkənlər üçün "XXI əsrdə uşaq və yeniyetmələrin həyatı üçün alternativ psixoloji üsullar" mövzusunda seminar, Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinin "Məzun Evi" sosial müəssisində "Yeniyetmələrdə işgüzarlıq mədəniyyətinin formalaşması üçün alternativ psixoloji üsullar" mövzusunda seminar, Füzuli rayonu Əhmədbəyli kənd M. Xəzani adına musiqi təmayüllü internat tipli gimnaziyada "Biz gələcəyin uşaqlarıyıq" mövzusunda seminar, Sumqayıt şəhəri, İnternat tipli gimnaziyada "Biz XXI əsrin uşaqlarıyıq" mövzusunda silsilə seminarlar keçirilmişdir.

Seminarların nəticəsi olaraq qeyd edilir ki, valideyn himayəsindən məhrum olmuş və ya hər hansı bir irsi və yoluxucu xəstəliyə düçar olmuş uşaq və yeniyetmələrlə ünsiyyətdə alternativ psixoloji üsulların tətbiqi gözləniləndən də çox faydalı nəticələr vermiş və bu sahədə işin davam etdirilməsinin zəruriliyi bildirilir.

Layihə çərçivəsində həm də yetkinlik yaşına çatmamış uşaqlar arasında müxtəlif müəssisələrdə və küçədə anonim sorğu keçirilmişdir. Müəyyən edilmişdir ki, müasir dövrdə uşaqların əsas psixoloji problemləri maddiyyatla yanaşı, daha çox ünsiyyətlə, fikirlərini çatdıra bilmədikləri ilə və hüquqlarından tam şəkildə istifadə edə bilmədikləri ilə bağlıdır. 250 uşaq arasında keçirilən sorğunun təhlili göstərir ki, ictimai mənşəyindən asılı olmayaraq, uşaqların əksəriyyətini maddi durumu və təhsili narahat edir, çoxu peşə sahəsi kimi həkim və iqtisadçı sahəsinə üstünlük verir, asudə vaxtın səmərəsiz keçməsi və problemləri olduqda etibar edib kiməsə müraciət edə biləcək insanların olmaması narahat edir. Sevindirici haldır ki, sorğuda iştirak edən uşaqların 95 faizi zərərli vərdişlərdən uzaq, siqaret çəkən, narkotik vasitələrdən istifadə edən və spirtli içki aludəçilərindən deyil və buna pis münasibət bəsləyirlər. Daha bir sevindirici hal odur ki, respondent uşaqlar öz hüquqlarını öyrənməyi özlərinə vəzifə bilir və qayğıya ehtiyacı olan insanlara yardım göstərmək arzusunda olduqlarını qeyd etmişlər.

Layihəyə cəlb olunmuş mütəxəssislər sorğu anketlərini təhlil edərkən, gələcəkdə bu kimi layihələrdə uşaqların canlı ünsiyyəti, onlara qayğı, uşaqlara diqqət, uşaqların internet və kompüter texnologiyalarından istifadəsinə məhdudiyyət və bu kimi digər məsələləri qabartmağı tövsiyə etmişlər.

Layihə rəhbəri qeyd edir ki, bu nöqteyi-nəzərdən alternativ psixoloji yardım üsulları ön plana çəkilməli, valideynlər və müəllimlər arasında kütləviləşməlidir. Bu üsullarla hər bir Azərbaycan vətəndaşı ailədə, məktəbdə fizioloji və psixoloji cəhətdən sağlam, intellektual cəhətdən yararlı və mütərəqqi gənc və layiqli Azərbaycan vətəndaşı tərbiyə etmək iqtidarında olacaqdır.

Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR