“Rabitəbank”ın departamentlərindən biri ləğv olunub

“Rabitəbank”ın departamentlərindən biri ləğv olunub
10:57 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Rabitəbank” ASC-nin Nəzarət və Monitorinq Departamenti ləğv edilib. “Report” xəbər verir ki, bununla da Bankın departamentlərin sayı 17-yə düşüb.
Qeyd edək ki, ləğv olunan departamentin keçmiş direktoru Binnət Novruzov hazırda Bankın baş direktoru vəzifəsini tutur. 
Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/rabitebank-in-departamentlerinden-biri-legv-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR