Elədiyi rəqsə görə onu... - VİDEO

Elədiyi rəqsə görə onu... - VİDEO
11:03 27 Oktyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Cənubi afrikalı futbolçunun qeyri-adi driblinqi ona baha başa gəlib.

Publika.az xəbər verir ki, CAR Liqa kuboku matçında “Baroka” klubunun yarımmüdafiəçisi Sifo Mutinin hərəkəti hakimin xoşuna gəlməyib. “Platinum Stars”la qarşılaşmanın gedişində Muti dizlərini topun üzərinə qoyaraq rəqs edib. Referi də buna görə onu sarı vərəqəylə cəzalandırıb. Hakim bunu idmanda qeyri-etik hərəkət kimi dəyərləndirib.

Referinin qərarı kəskin tənqid atəşinə tutulub. “Futbolçu driblinqlə publikanı əyləndirmək istəyib. Axı insanlar da məhz belə tamaşaları izləmək üçün pul ödəyib stadionlara gəlirlər”, - deyə cənubi afrikalı sabiq referilərdən biri həmkarının qərarını pisləyib.

“Baroka” – “Platinum Stars” oyunu 3:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.

Pərviz Hikmət

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR