17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında növbəti oyununu keçirəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında növbəti oyununu keçirəcək
11:07 27 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, rəqib Avstriya yığması olacaq.
Qarşılaşma yığmanın yer aldığı 6-cı qrupun oyunlarına ev sahibliyi edən Rumıniyanın Buftya şəhərindəki Rumıniya Futbol Federasiyasının (FRF) Futbol Mərkəzinin stadionunda keçiriləcək.
İlk görüşdə İngiltərəyə 0:2 hesabı ilə məğlub olan Vüqar Məmmədin rəhbərlik etdiyi komanda hazırda qrupun sonuncu pilləsində yer alıb.
20:00. Azərbaycan U-17 - Avstriya U-17
Baş hakim: Petur Raynert (Farer adaları)
Baş hakimin köməkçiləri: Endryu Kristiansen (Farer adaları), Daniel Mitruti (Rumıniya)
Dördüncü hakim: Ketelin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: Patrik Felipek (Çexiya)
Hakim-inspektor: Cerard Perri (İrlandiya)
Rumıniya, Buftya. FRF-nin Futbol Mərkəzi
Qeyd edək ki, Azərbaycan yığması qrupdakı son oyununu ev sahibi Rumıniyaya qarşı keçirəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/17-yasadek-futbolculardan-ibaret-azerbaycan-yigmasi-avropa-cempionatinda-novbeti-oyununu-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR