Bakıda qadını avtomobil vuraraq öldürdü

Bakıda qadını avtomobil vuraraq öldürdü
11:17 27 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Yasamal rayonunda piyada keçidindən istifadə etməyən qadını avtomobil vuraraq öldürüb.

Milli.Az report-a istinadən bildirir ki, metronun "Nizami" stansiyası yaxınlığında, Cəfər Cabbarlı küçəsində 1942-ci il təvəllüdlü  Ruxsara Yusif qızı Məmmədova yolu keçmək istəyərkən onu avtomobil vurub. Nəticədə R.Məmmədova ağır bədən xəsarətləri alıb. Yol-nəqliyyat hadisəsini törədən sürücü xəsarət alan 74 yaşlı qadını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və o, xəstəxanada ölüb. 
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR