Çılpaq Serenay Sarıkayanın Bakı təəssüratları: “İnsanlar mənə soyuq gəldi” - FOTOLAR

Çılpaq Serenay Sarıkayanın Bakı təəssüratları: “İnsanlar mənə soyuq gəldi”  - FOTOLAR
11:18 27 Oktyabr 2016
180 Şou
Ölkə mətbuatı
A- A+

Dünən Nizami Kino Mərkəzində “İkimizin yerinə” filminin qala gecəsindən sonra mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, mətbuat konfransda filmin yaradıcı heyəti jurnalistlərin suallarını cavablandırıb.

Bakıya ilk dəfə gəldiyini deyən Serenay Sarıkaya şəhəri bəyəndiyini deyib: "İlk dəfədir ki, belə izdihamla qarşılaşıram. İnsanların sevgisini hiss etmək əlbəttə ki, gözəl duyğudur. Öz adıma deyə bilərəm ki, filmimizin Azərbaycandakı qala gecəsinə qatıldığım üçün çox məmnunam. Təəssüf ki, Nejat İşlər işlərinin çoxluğundan dolayı gələ bilmədi. Yeri gəlmişkən, onunla tərəf müqabili olmaq çox rahat idi”.

Aktrisa filmdəki rolundan da danışıb. Sözügedən filmdə başqa qadının həyatını təkrar yaşayan aktrisa həyatda rolu qədər güclü ola bilmədiyini bildirib: “Filmdə Çiçəyin başına gələnlər çox ağır hadisələrdir. Mən onun qədər güclü ola bilməzdim. Eyni hadisə mənim başıma gəlsəydi, təxmin belə edə bilmərəm ki, nə hisslər keçirərdim. Bacımın olduğunu və onun həyatını yaşadığımı öyrəndiyim səhnələrdə çətinlik çəkdim, həm də təsirləndim. Filmdə anamın mənə qarşı olan münasibəti isə məni sevmədiyini göstərmir”.

Filmdə ağrıların insanı dəyişdiridyini və gücləndirdiyini deyən aktrisa şəxsi həyatında da söz açıb: "Şəxsi həyatımı radikal dərəcədə dəyişən hadisə yaşamamışam. Hamımızın həyatında böyük və kiçik olmasından asılı olmayaraq bizi dəyişdirən ağrılı-acılı günlərimiz olub. Və yaşadığımızın hər hadisənin bizi formalaşdırdığına, böyütdüyünə inanıram. Həyata necə baxdığımız da önəmlidir. Mən həmişə yaşadıqlarımdan müsbət nəticələr çıxarmağa çalışıram. Odur ki, keçmişə baxdığımda ağrı hiss elədiyim hadisə olmayıb. Bütün hallarda məni bu səviyyəyə gətirib çıxardığı üçün həyatımda baş verən hadisələrə minnətdaram”.

Serenayın anasını canlıandıran Zerrin Tekondör də rolundan danışıb: “Filmlərdə hər dəfə müsbət qadın obrazındayam, bu dəfə isə rolum bir qədər fərqlidir. Filmin xoş tərəfi də bu idi. Ssenarini ilk dəfə oxuyanda və çəkilişlərdə də rolumdan çox razı qaldım. 18 yaşında bir qızını itirdiyi üçün ikinci qızına qarşı çox sərt ana rolunu oynamışam. Bu da yenidən qızını itirmək qorxusundan irəli gəlir. Bəlkə ona da nə isə olar deyə çox narahatlıq keçirir”.

Amerikada sadəcə 3 ay yaşayan Serenay oranın həyat tərzinə öyrəşə bilmədiyini vurğulayıb: “Amerikada cəmi 3 ay yaşadım. Öz vətənini çox sevən və türk insanın səmimiyyətinə çox düşkün biri olduğum üçün oranın insanları mənə bir az soyuq gəldi”.

Sonda Serenay Sarıkaya ilə Zerrin Tekindör Azərbaycandan film təklifi gələrsə, böyük məmnuniyyətlə çəkilməyə razı olduqlarını ifadə ediblər.

Aytən







































Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR