Villada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un Aparat rəhbəri Türkiyədə vəfat edib

Villada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un Aparat rəhbəri Türkiyədə vəfat edib
11:22 27 Oktyabr 2016
221 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.
"Report"un xəbərinə görə, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.
O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.  
Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. 
Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.
M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər. 


Xəbərin orijinal ünvanı: http://report.az/hadise/villada-partlayis-zamani-xesaret-alan-azeravtoyol-un-aparat-rehberi-turkiyede-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR