Çinlilər Qardabanidə yeni İES inşa edəcək

Çinlilər Qardabanidə yeni İES inşa edəcək
11:27 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Çinin "China Tianchen Engineering Corporation" şirkəti Qardabanidə (Gürcüstan) qaz və buxar turbinləri ilə kombinləşmiş yeni istilik-elektrik stansiyası (İES) inşa edəcək.
"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, 230 MVt gücə malik yeni İES artıq inşa edilməyə başlanılıb.
Layihənin dəyəri 159 milyon dollar təşkil edir. İES-in 2020-ci ilin qışında istismara veriləcəyi planlaşdırılır.
Qeyd edək ki, Qardabani Azərbaycan icmasının Gürcüstanda sıx məskunlaşdığı ərazilərdəndir.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/cinliler-qardabanide-yeni-i-es-insa-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR