31 yaşlı qızın intihar səbəbi bilindi: Ölümündən 3 saat əvvəl... - FOTO

31 yaşlı qızın intihar səbəbi bilindi: Ölümündən 3 saat əvvəl... - FOTO
11:32 27 Oktyabr 2016
302 Dünya
Ölkə mətbuatı
A- A+

Türk Hava Yollarının ötən gün İstanbul-Nyu-York istiqamətində hərəkət edən təyyarəsinin kabina işçisi Eda Özdemir qaldığı oteldə ölü halda tapılıb.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, onun qaldığı otelin hamamından asılmış halda cəsədi tapılıb. Polis araşdırma aparıb. Qızın yaxınları onun intiharının sevgi məsələsi ilə bağlı olduğunu bildiriblər.

Edanın tanışlarının dediyinə görə, 17 ay əvvəl nişanlısından ayrılıb. O, nişanlandıqları gün sevgilisinin telefonda başqa qızla yazışdığını görüb. Həmin gün onların münasibəti bitib. "Görünür ki, qız intihar planını o günə saxlayıb. Çünki son zamanlar çox kefsiz idi".

"Ölümümə görə heç kim günahkar deyil", -deyə qeyd yazıb. Məlum olub ki, intihardan 3 saat əvvəl sevgilisi ilə danışıb. Onun üçün darıxdığını söyləyib. 

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR