Fuad Poladov qayıdacaq, ya yox? - “Azdrama”dan AÇIQLAMA

Fuad Poladov qayıdacaq, ya yox? - “Azdrama”dan AÇIQLAMA
11:33 27 Oktyabr 2016
80 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Hikmət Rəhimovun Akademik Milli Dram Teatrından işdən çıxarılmasına dəstək olaraq Xalq artisti Fuad Poladovun çalışdığı teatrdan getməsi ilə bağlı xəbərlər media gündəmini bir-birinə vurub. Fuad Poladovu sevən hər kəs onun teatrdan getməsini etirazla qarşılayıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədov Publika.az-a açıqlamasında baş verənlərə belə aydınlıq gətirib: “Teatr ətrafında yayılan dedi-qodulara baxmayaraq teatrımız işləyir və fəaliyyətini günü-gündən genişləndirir. Qaldı ki, Fuad Poladova, o, Rus Dram Teatrının aktyorudur, amma müqavilə ilə bizdə tamaşalarda oynayır. Onun teatrdan getməsinə gəlincə, yazılı ərizə ilə teatra müraciət etməyib. Sabah onun teatrda bir tamaşası var, yəqin ki, gəlib oynayacaq. Ümumiyyətlə yəqin ki, özü ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirəcəyik. Qaldı ki, onun Hikmət Rəhimovu müdafiə etməsi, hər kəsin fikirlərinə hörmətlə yanaşırıq”.

Truppa rəhbəri onu da bildirib ki, H.Rəhimov teatrdan öz ərizəsi ilə gedib: “Bu da teatrın daxili işidir. Həll elədik, qurtardı”.

Qeyd edək ki, dünən Fuad Poladov Publika.az-a bunları demişdi:

Fuad Poladov teatrdan niyə gedib? - ÖZƏL AÇIQLAMA

Xalq artisti Fuad Poladovun çalışdığı teatrdan getməsi ilə bağlı xəbərlər yayılıb.

Cəvahir Səlimqızı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR