""Qəbələ" ilə oyunun sonunda çətinliklə üzləşdim"

""Qəbələ" ilə oyunun sonunda çətinliklə üzləşdim"
11:37 27 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

"Şadam ki, zədəmi sağaldaraq, sıraya döndüm. Tam hazıram".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Sent-Etyen" klubunun futbolçusu Şeyk Mbenqe deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"nin rəqibi olan Liqa-1 təmsilçisinin seneqallı müdafiəçisi maraqlı fikirlər səsləndirib. Fransa mətbuatına danışan Mbenqe "qırmızı-qaralar"la keçirdikləri oyuna toxunub.
 
28 yaşlı futbolçu bildirib ki, "Qəbələ" ilə oyunun sonlarında çətinliklə üzləşib: "Bəxtsizlik yaşadım, ardıcıl 2 dəfə zədələnmək heç də asan deyil. Özümü yeni komandamda sübut etmək istəyirəm. "Sent-Etyen"də xoşbəxtəm. Gənc deyiləm ki, çətinlik çəkəm. Təcrübəm var. Ümid edirəm ki, daha zədələnməyəcəm. Sıraya döndükdən sonra əvvəlcə "Dijon"a qarşı oynadım, çətin idi. Daha sonra Avropa Liqasında "Qəbələ" ilə matçda iştirak etdim. Həmin görüşdə mənim üçün bir qədər rahat idi. Amma oyunun sonunda yenə çətinliklə üzləşdim. Əsas oduк ki, hər iki matçda meydanda oldum. Göstərdiyim oyundan razıyam. Öz çıxışım məni qane edir".
 
Qeyd edək ki, "Sent-Etyen" - "Qəbələ" qarşılaşması ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR