Cibindən psixotrop maddə çıxdı

Cibindən psixotrop maddə çıxdı
11:42 27 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın şalvarının cibindən bir ədəd bükümdə, xalis çəkisi 0,06 qram olan metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin"Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR