Qəbələdə cüdo məşqçiləri üçün seminar keçirilib

Qəbələdə cüdo məşqçiləri üçün seminar keçirilib
11:47 27 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyası tərəfindən bölgələrdə məşqçilər üçün keçirilən seminarlar davam edir. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqataladan sonra növbəti seminar Qəbələdə baş tutub.
Qəbələ İdman Olimpiya Kompleksində keçirilən seminara Qəbələ, Oğuz, İsmayıllı, Qobustan, Ağsu və Şamaxıdan olan məşqçi-müəllimlər qatılıb.
Federasiyanın "Regionlarda cüdonun inkişafı" sektorunun müdiri Tərlan Poladov, Məşqçilər Komitəsinin üzvləri Musa İsmayılov və Tərlan Həsənov digər seminarlarda olduğu kimi müəllimlərə cüdonun yeni texnika və qaydaları haqqında ətraflı məlumat veriblər.






Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/qebelede-cudo-mesqcileri-ucun-seminar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR