Yeddinci Avropa Film Festivalı Bakıda keçiriləcək

Yeddinci Avropa Film Festivalı Bakıda keçiriləcək
11:47 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Yeddinci Avropa Film Festivalı noyabr ayının 3-dən 12-dək Bakıda keçiriləcək.
"Report" xəbər verir ki, kinofestivalın açılışına həsr olunmuş mətbuat konfransında çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bu il festival çərçivəsində Aİ ölkələrinin Avropa mədəniyyətini əks etdirəcək müxtəlif janrlı 19 filminin nümayiş etdiriləcəyini bildirib.
Səfir filmləri izləməyə girişin pulsuz olacağını, eləcə də festival zamanı müsabiqə keçiriləcəyini qeyd edib. Müsabiqənin qalib fevral ayında Berlin Film Festivalında iştirak edə biləcək.
Bu il festival İspaniya və Yunanıstan filmləri ilə açılacaq. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və İttifaq ölkələrinin Azərbaycanda qeydiyyatdan keçmiş səfirlikləri tərəfindən təşkil edilən tədbir zamanı ümumilikdə Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan məşhur rejissorların filmləri nümayiş olunacaq.
Eyni zamanı, festivalda tamaşaçılara Azərbaycan filmi - "Qırmızı bağ" dramı (2016) da təqdim olunacaq.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR